AZ

Məmurların avtomobilləri satışda: Qiymətin 10 faizi məbləğində depozit tələb olunur

Rusiya Federasiyasının Rostov vilayətinin hökuməti məmurların avtomobillərinin satışı ilə bağlı hərrac keçirir.

Publika.az "1prime.ru"ya istinadən xəbər verir ki, hərraca 7 minik avtomobili çıxarıb.

Bildirilir ki, hərrac oktyabrın əvvəlində baş tutacaq. Məlumat vilayət hökumətinin rəsmi saytında dərc olunub.

Qeyd edilir ki, satışa 2008-ci ilin 4 “Chevrolet Niva” avtomobili və 2007, 2008 və 2009-cu illərin 3 “Hyundai Sonata” avtomobili təqdim olunub. İlk dörd lot üçün 110-127 min rubl, digər üç lot üçün isə 154-233 min rubl tələb olunur. Bütün məbləğlərə ƏDV daxildir. Hərracın şərtlərinə görə, qiymətin 10 faizi məbləğində depozit tələb olunur.

Seçilən
101
publika.az

1Mənbələr