AZ

"20 yanvar"da "manatlıq" taksilərə yer ayrılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakının “20 Yanvar” metrostansiyasının ətrafında "manatlıq" taksilərin yığışdırılması bu ərzidəki xaosa son qoysa da, bir sıra problemlərə də səbəb olub.

Buradan Sumqayıt, Ceyranbatan, Xırdalan istiqamətində sərnişin daşıyan “manatlıq” taksi sürücüləri çıxılmaz vəziyyətdə qalıblar.

Onlar ailələrinə çörək pulu qazanmaq üçün bu işlərinin də əllərindən çıxmasından şikayətləniblər və onlar üçün də xüsusi yerlərin ayrılmasını xahiş ediblər.

Bəs “manatlıq” taksilərə şəhər ərazisində yer ayrılması mümkündürmü?

Redaktor.az-ın sualını nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov cavablandırdı. O, dedi ki, Bakı şəhərində taksi dayanacağı var, amma yerlər məhduddur:

“Yəni yer olsa, taksi dayanacaqlarını təşkil etmək əslində çətin deyil. Məsələn, Koroğlu nəqliyyat qovşağında həm avtobuslar, həm də taksilər üçün dayanacaqlar təşkil olunub. Sadəcə “20 Yanvar” və “Şamaxinka” ərazisində taksi dayanacaqlarının təşkil olunması üçün yer olmalıdır. Dayanacaqda saxlanılan bu taksilər leqal taksilər olmalıdır. Leqal taksilər dedikdə isə qeydiyyatdan keçmiş, fəaliyyətə icazəsi olan taksiləri nəzərdə tuturuq. Belə taksilərin də damında sarı rəngli taksi fənəri olmalıdır ki, Dövlət Yol Polisinin yol patrul xidmətinin əməkdaşları bunları ayırd edə bilsinlər”.

Ekspertin sözlərinə görə, hansısa sürücü taksi fəaliyyəti ilə məşğul olursa və onun icazəsi varsa, bunun üçün ona heç bir qadağa yoxdur:

“Əsas odur ki, taksi sürücüsünün icazəsi olsun. İcazə varsa, taksi dayanacaqlarında avtomobil saxlaya bilər”.

VASİF

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
redaktor.az

2Mənbələr