Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675kiberhücum indikatoru (IOC) müəyyən edib.
Trend-in XRİTDX-inməlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir iləvvəlki göstəricidən 17 % azdır.
Kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlətqurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasındamüəyyən olunaraq bloklanıb.
Təkcə avqust ayında 52 kiberhücum müəyyən olunub ki, bu da 1 iləvvələ nisbətən 2,3 dəfə azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərlikeçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemivasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemivasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blokedilib.