AZ

Fransa ordusunun keçmiş zabiti Kurska hücum planında iştirak etdib

Fransa Silahlı Qüvvələrinin paraşüt bölüyünün keçmiş zabiti Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun planlaşdırılmasında iştirak edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Xarkov vilayətinin hərbi-mülki administrasiyasının müdafiə və təhlükəsizlik üzrə müavini Yevgeni Lisnyak deyib.

“Fransa quru qoşunlarının taktiki birləşməsinin 8-ci paraşüt bölüyünün keçmiş mayoru, hazırda Xarici Legionun üzvü olan və Xarkov vilayətində hərbi cinayətlərin törədilməsində iştirak edən Korte Frank Mişel Mikael planlaşdırmada iştirak edib”-  deyə Lisnyak bildirib.

Məlumata görə, daha üç Fransa vətəndaşı Kursk vilayətində Rusiya sərhədi yaxınlığında reydlərdə iştirak etməkdə və Xarkov vilayətində hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
ikisahil.az

1Mənbələr