AZ

İsrailin Qəzzada daha bir hərbi cinayəti məlum olub

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” Qəzza zolağında evlərin və digər tikililərin özbaşına sökülməsinə görə İsrail Müdafiə Qüvvələrinə qarşı müharibə cinayətləri araşdırılmasına çağırıb.

Qaziler.az bildirir ki, TASS bu barədə təşkilatın bəyanatına istinadən xəbər verir.

Təşkilatın məlumatına görə, peyk görüntülərinin təhlili aparılıb. Alınan məlumatlar göstərir ki, İsrail ordusu Qəzza zolağında anklavın şimal və şərq sərhədində eni 1 ilə 1,8 kilometr arasında dəyişən bir zolağı təmizləyib. Bu, ərazisi təxminən 58 kvadrat kilometr və ya Qəzza zolağının təxminən 16%-ni təşkil edən xüsusi bufer zonasının yaradılması məqsədi ilə edilib.

“Amnesty International” qeyd edir ki, bu ilin may ayına olan məlumata görə, 3500 bina və ya bu zolaqdakı tikililərin təxminən 90%-i ya dağılıb, ya da ciddi ziyan dəyib. Təşkilat faktları yoxladıqdan sonra müəyyən edib ki, binaların dağıdılması döyüş əməliyyatları başa çatdıqdan sonra, İsrail Müdafiə Qüvvələrinin əraziyə nəzarət etdiyi vaxt baş verib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
qaziler.az

1Mənbələr