AZ

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı Suriyanın şimalında əməliyyat keçirib. Əməliyyat nəticəsində Türkiyənin xüsusi xidmət orqanları Suriyanın Kamışlı rayonunda PKK/YPG təşkilatının xüsusi təhlükəli terrorçusu, "CicvarTekosin" kod adlı Metin Dinçi zərərsizləşdiriblər.

Dinç terror fəaliyyəti ilə əlaqədar  2008-2015-ci illərdə həbs cəzası çəkib. 2015-ci ildə qanunsuz şəkildə Suriya ərazisinə keçərək terror təşkilatında fəaliyyətini davam etdirib.

Hürr Tərcüman

 

Seçilən
121
hurriyyet.az

1Mənbələr