AZ

Çin Afrikaya 50 milyard dollardan çox vəsait verəcək

Bu gün keçirilən Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) sammitində Çin Afrikaya 51 milyard dollarlıq yeni maliyyə yardımı ayıracağın və bir milyon insanı isə işlə təmin edəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin bugünkü bəyanatında üç il ərzində 51 milyard dollara yaxın maliyyə yardımı etməklə, daha çox infrastruktur layihəsini dəstəkləməklə və ən azı 1 milyon iş yeri yaratmaqla Çinin borc içində olan Afrikaya dəstəyini artıracağını vəd edib.

Üç ildən bir keçirilən Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) sammiti üzrə Pekində toplanan 50-dən çox Afrika ölkəsindən nümayəndələr qarşısında çıxışında Si Cinpinin Afrika ilə sənaye, kənd təsərrüfatı, infrastruktur, ticarət və digər sahələrdə əməkdaşlığı artırmağa hazır olduğunu bildirib.

Çin lideri üç il ərzində 360 milyard yuan (təxminən 50,70 milyard dollar) maliyyə yardımı vəd edib, lakin bunun 210 milyardının kredit xətləri vasitəsilə bölüşdürüləcəyini, ən azı 70 milyardının isə Çin şirkətlərinin yeni investisiyaları hesabına həyata keçiriləcəyini deyib.

Daha kiçik məbləğlər hərbi yardım və digər layihələrlə təmin ediləcək.

2021-ci ildə Dakarda keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin ən azı 10 milyard dollar investisiya və eyni məbləğdə kredit xətti vəd edib.

Bu dəfə maliyyə yardımı yuanla olacaq, bu, Çin yuanını daha da beynəlxalqlaşdırmaq üçün bir addımdır.

Forum Çin və Tayvanla əlaqələri olan Esvatini istisna olmaqla, bütün Afrika dövlətləri üçün üç illik proqram müəyyən edir.

Si Cinpin 30 infrastruktur bağlantısı layihəsinə əlavə olaraq, Çinin Afrikada 30 təmiz enerji layihəsini başlatmağa hazır olduğunu ifadə edib, nüvə texnologiyası sahəsində əməkdaşlıq və sənayeləşmə səylərini gecikdirən boşluğun aradan qaldırmağı təklif edib.

Bununla belə, 2021-ci ildə Dakarda keçirilən forumda o, Asiya nəhənginin 300 milyard dollar dəyərində Afrika malları alacağına dair vədini təkrarlamayıb, yalnız birtərəfli qaydada bazara çıxışı genişləndirəcəyini vəd edib.

Təhlilçilər Pekinin nəzarət qaydalarının çox sərt olduğunu və buna görə də Çinin bu vədi yerinə yetirə bilməyəcəyini deyirlər. Lakin Afrikanın bunun əvəzinə Çindən daha çox maliyyə alacağı gözlənilir. 

Ötən il Çin Afrikaya 4,61 milyard dollarlıq krediti təsdiqlədi ki, bu da 2016-cı ildən bəri ilk illik artımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
cebheinfo.az

10Mənbələr