AZ

Bu ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Qazaxıstanın Ukraynadakı səfirliyi vəziyyətin pisləşməsi ilə əlaqədar vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin saytında bildirilib.

Xəbərdarlıq gərginliyin artması və təhlükəsizlik səbəbi ilə edilib. Qazaxıstan vətəndaşlarına Moldova və ya Polşa vasitəsilə çıxmağı bildirib .

Eyni zamanda, səfirlik bütün vətəndaşları hava hücumu xəbərdarlığına məhəl qoymağa və öz təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi federal səviyyədə fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar insanları Rusiyanın Kursk və Belqorod vilayətlərinə səyahətdən çəkinməyi tövsiyə edib.

Türkan İSGƏNDƏRLİ

Seçilən
63
17
redaktor.az

10Mənbələr