AZ

"Monqolustan beynəlxalq hüquq mexanizmlərinin real siyasətə məğlub olduğunu dünyaya göstərdi"

Sentybarın 2-də Rusiya Prezidenti Vladimir Putin Monqolustana səfər etdi. Qeyd edək ki, Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin qərarını ratifikasiya etmiş ölkələrdəndir, elə Ermənistan kimi… Bu da o deməkdir ki, Vladimir Putin Roma statutunu ratifikasiya etmiş ölkələrə gedərsə, dəərhal həbs edilməlidir. Monqolustan Putini həbs etmədi. Əgər belə bir halın baş vermə ehtimalı olsaydı, Putin Monqolustana getməzdi. Sözsüz ki, səfər öncədən planlaşdırılmışdı. Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin qərarına zidd çıxmaqla bir "ilk" etdi…Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,2022-ci ilin 24 fevralında Ukraynaya qarşı müharibəyə başlayan Rusiya Qərbin (Aİ və ABŞ) çoxsaylı sanksiyaları ilə üzləşib. Bura Aİ-nin 11 sanksiya paketi, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 2023-cü ilin martında Rusiya dövlət başçısı Putinin həbsi ilə bağlı qərarı xüsusilə vurğulana bilər. BCM-in tərəfdaşı olan bütün dövlətlər, o cümlədən 2002-ci ildən etibarən Monqolustan beynəlxalq məhkəmənin qərarlarını icra etməyə məsuldur.Politoloq hesab edir ki, Monqolustan hakimiyyəti Putini həbs etməməklə əslində BCM-ə qarşı məsuliyyətsizlik nümayiş etdirib və beynəlxalq hüquq normasını tapdalamış olub. Bu, ilk presedentdir. Belə ki, Putin 2022-ci ildən bəri BCM tərəfdaşı olmayan ölkələrə sərbəst səfərlər edib. Məsələn; Putinin Çin, Şimali Koreya, Vyetnam, Qazaxıstan və Azərbaycan səfərlərini xatırlatmaq olar. Lakin BCM tərəfdaşı olan bir ölkənin bu cür addım atması, bir sıra təşkilatların və hüquq müdafiəçilərinin etirazı ilə, o cümlədən “narahatlığı” ilə qarşılanıb: “Monqolustan hökümətinin sözçüsü bunu Rusiyadan 95 % neft və 20 % elektrik enerjisi asılılığı ilə əsaslandırmağa çalışıb. Yəni, Monqolustan Rusiya və Çin arasında sıxışın qaldığı üçün beynəlxalq hüququn tələb etdiyi addımı deyil, real-politik addım atmağa “məcbur olub”. Sanki, “üzr istəyirik, lakin başqa çıxış yolumuz yoxdur” tərzində mesajla Monqolustan beynəlxalq hüquq mexanizmlərinin real siyasətə məğlub olduğunu dünyaya göstərmiş olub”.Politoloq qeyd edib ki, SSRİ və ikiqütblü dünya nizamı məhv olduqdan sonra Monqolustan öz “neytral dövlət” statusunu və heç bir hərbi-siyasi ittifaqa qoşulmayacağını bəyan edib, 1993-cü ildə Qoşulmama Hərəkatının üzvünə çevrilib.“Hazırda dünyanın yeni nizama doğru sürükləndiyini, mövcud beynəlxalq hüquq və təşkilati mexanizmlərin öz işləkliyini itirdiyini, yeni bir nizamın formalaşdırılması üçün dövlətlərin yeni qütbləşməyə doğru yol aldığını müşahidə edirik. Monqolustanın davranışı, onun Rusiya-Çin-yönümlü siyasi qütbə sürükləndiyini nümayiş etdirmiş oldu. Belə ki, Putin Ulan-Bator səfəri zamanı Monqolustan rəhbərliyini BRICS-in qarşıdakı, oktybar ayındakı Zirvəsinə dəvət edib və bu dəvət qəbul olunub. Ermənistana gəlincə, o bildirib ki, Paşinyan hakimiyyəti yetəri qədər Qərbyönümlü olduğunu nümayiş etdirib və odur ki, bu siyasi kurs davam etdiyi müddətcə Putinin Ermənistana səfəri gözlənilmir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ölkəmizə qarşı qaldırdığı beynəlxalq məhkəmə iddiaları fonunda onlar BCM-nə üzv oldular. Azərbaycan bura üzv deyil. Bu, həm də Ermənistanın Qərbyönümlü siyasətinin bir parçası olaraq dəyərləndirilə bilər. Belə ki, Ermənistanın BCM üzvlüyü Putinə qarşı həbs qərarından dərhal sonra baş vermiş, hər iki dövlətdə ciddi müzakirələr oyandırmışdı”-deyə politoloq vurğulayıb.Şəhla Cəlilzadənin fikrincə, hazırda Ermənistanın Rusiyadan uzaqlaşmasının daha bir göstəricisi Rusiyanın liderlik etdiyi KTMT-dən çıxmaqla bağlı niyyətidir.“Bir neçə gün öncə Paşinyan Ermənistanın KTMT-nin bütün səviyyəli fəaliyyətlərində iştiraklarını dondurduğunu açıqladı. Bu, de-yure çıxış olmasa da, ciddi bir mesajdır. Həmçinin Azərbaycanla sərhəddə Aİ “müşahidəçi”lərinin gətirilməsi də sərhədlərin qorunmasının artıq sadəcə Rusiyaya verilmədiyi, Qərblə paylaşıldığını göstərir. Ermənistan Rusiya ilə körpüləri birbaşa yandıra bilməz, çünki onların varlıq səbəbləri, siyasi-iqtisadi yaşamlarının mühüm faktoru Rusiya ilə bağlıdır ki, Rusiya hərbi bazası çıxarılarsa, Ermənistan sərhədlərinin mühafizəsi Rusiyadan alınarsa və ikitərəfli iqtisadi əlaqələr birdəfəlik kəsilərsə, bu, Ermənistan üçün “ölüm fərmanı” olar və Qərbdə bunu anlayaraq Ermənistanın “balanslı” siyasətə keçid etməsinə imkan verirlər”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
dia-az.info

1Mənbələr