AZ

Britaniyalı ekspert: COP-a ev sahibliyi etmək qlobal tərəqqi üçün vacibdir

Britaniyalı

London, 5 sentyabr, AZƏRTAC

İqlim dəyişikliyi qlobal problemdir və onun həlli üçün qlobal səviyyədə mübarizə tələb olunur. Müxtəlif ölkə və millətlərin COP tədbirlərinə ev sahibliyi etməsi, eləcə də bu prosesə töhfə verməsi olduqca vacibdir.

Bu fikirləri Britaniyanın Lafboro (Loughborough) Universitetinin tədqiqat və innovasiyalar üzrə prorektor müavini, yer elmləri üzrə professor Dan Parsons AZƏRTAC-a müsahibəsində bildirib.

COP29-da Paris Sazişinə sadiq qalmaqla əhəmiyyətli irəliləyişlərin əldə olunacağına ümid etdiyini vurğulayan professor deyib: “Xüsusilə, maliyyə resurslarının necə açılaraq iqlimə uyğun inkişafı sürətləndirə biləcəyi mövzusunda daha yaradıcı yanaşmaların irəli sürüləcəyinə inanıram. COP29-u böyük səbirsizliklə gözləyirəm və Lafboro Universitetinin nümayəndə heyəti ilə birlikdə Bakıya, Azərbaycana səfər edəcəyik”.

Azərbaycan haqqında ilk dəfə yeddi yaşında, ölkənin Uelsə qarşı məğlub olduğu futbol oyunu zamanı eşitdiyini qeyd edən Dan Parsons lakin heç vaxt Azərbaycanda olmadığını və səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

Sıfır emissiyaya keçid mövzusuna toxunan professor bildirib ki, bu keçidi reallaşdırmaq üçün dünyanın hər yerindən insanların əməkdaşlıq etməsi və güclü tərəfdaşlıqlar qurması zəruridir.

“Mən beynəlxalq tərəfdaşlıqlara böyük əhəmiyyət verirəm. Lafboro Universitetindəki bilik və bacarıqların Azərbaycan kimi ölkələrlə birləşdirilərək qlobal səviyyədə iqlim dəyişikliyi problemlərinin həllinə töhfə verəcəyinə inanıram”, - deyə Dan Parsons əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
azertag.az

3Mənbələr