AZ

"iPhone 16" bu tarixdə çıxacaq

"iPhone" 16-nın nə vaxt çıxacağı bütün texnologiya həvəskarlarının maraqlandığı və araşdırdığı mövzular sırasındadır.

Redaktor.az xəbər verir ki, smartfonun 9 sentyabr çıxması gözlənilir.

"Apple"-ın yeni seriyası "iPhone" 16 ilə bağlı bəzi mühüm yeniliklər diqqəti cəlb edir.

Bu telefonlarda ən böyük yeniliklərdən biri də bütün modellərdə mövcud olacaq “Capture” düyməsidir.

Bu düymə təkcə fotoşəkil çəkməyəcək, sürüşdürülək şəkli böyüdəcək, yüngülcə basılaraq fokuslanmağa kömək edəcək, daha sıx basılaq isə şəkil çəkmək və ya video çəkəcək.

Görünüş olaraq isə əvvəlki modellərdən daha böyük ekranı var və IOS 18 əməliyyat sistemi ilə dəstəklənir.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
redaktor.az

1Mənbələr