AZ

Ermənistan indi Rusiya ilə münasibətləri normallaşdırmağa daha çox meylli görünür - Politoloq

“Rusiya Prezidenti Vladimir Putinin Monqolustana səfəri ciddi müzakirələrə səbəb olub. Belə ki, rəsmi Ulan-Batorun Roma Statutunu qəbul etməsinə baxmayaraq Putini həbs etməməsi narazılıqlara səbəb olub. İddia edilir ki, Putin bundan cəsarətlənib Ermənistana da səfər edə bilər”.

“Rusiya Prezident Vladimir Putinin gündəliyində beynəlxalq təşkilatlar çərçivəsində keçirilən beynəlxalq sammit və görüşlərdən əlavə ikitərəfli münasibətləri müzakirə etmək üçün rəsmi səfərlərin də sayını artırması nəzərə çarpır. Əlbəttə ki, Rusiya kimi dövlət üçün bu səfərlərin daha güvənli ölkələrə edilməsi prioritet məsələ kimi götürülür, qeyd etdiyiniz kimi beynəlxalq cinayət məhkəməsinin Roma statutu mövcuddur və bu statuta görə Rusiya Prezidenti qoşulan ölkənin ərazisində olacağı təqdirdə bu statuta qoşulan ölkə tərəfindən məhkəməyə təhfil verilməldir. Monqolustanın timsalında biz bu beynəlxalq mexanizmin işləməməsinin şahidi olduq. Demək ki, məsələnin hüquqi tərəfdən daha çox siyasi olduğu beynəlxalq siyasi düşüncədə artıq formalaşıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, beynəlxalq cinayət məhkəməsi tərəfindən Rusiya Prezidenti axtarışa verilə bilər, lakin burada söhbət böyük dövlətin başçısından gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
aznews.az

1Mənbələr