AZ

Aİ süni intellektlə bağlı ilk beynəlxalq müqavilə imzalayıb

 

Avropa İttifaqı (Aİ) süni intellektlə bağlı ilk hüquqi qüvvəyə malik beynəlxalq müqaviləni imzalayıb.Missiya.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının saytı məlumat yayıb.Aİ Komissiyası Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası ədliyyə nazirlərinin qeyri-rəsmi konfransında Avropa Şurasının Süni intellekt üzrə Çərçivə Konvensiyasının imzalandığını açıqlayıb.Müqavilənin Aİ-nin hərtərəfli süni intellekt qaydalarına tam uyğun olduğu, süni intellekt sistemlərinin insan haqları, demokratiya və qanunun aliliyinə uyğunluğunu təmin etmək üçün ümumi yanaşmanın təmin ediləcəyi bildirilib.Qeyd edək ki, Avropa Şurası bu ilin mayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
99
5
missiya.az

7Mənbələr