AZ

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır

Bakı. Trend:

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgəaparılır.

Bu barədə Trend-ə COP29Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindəm məlumatverilib.

Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-unkeçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir. Hazırlıqçərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədəictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim edilir. Konfransınkeçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiqlənib.Ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbərtədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədətəşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılmasınəzərdə tutulur.

COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətininhəyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdəölkənin ali audit orqanı tərəfindən konfransın təşkili üzrə maliyyəidarəetməsinin, ayrılmış dövlət vəsaitinin təsdiq edilmişgöstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyətiistiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasınınmüqavilə şərtlərinə uyğunluğunun, həmçinin müvafiq sənədləşmənintamlığının qiymətləndirilməsi aparılır. Məqsəd maliyyə nəzarətininkeçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq auditpinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyəpozuntuları baş verməzdən əvvəl onların qarşısının alınmasıdır.

Eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsədhesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmışvəsaitin səmərəli istifadə edilməsi, qənaət olunan məbləğlərinbüdcəyə qaytarılmasıdır.

Qeyd olunmalıdır ki, tədbir başa çatdıqdan sonra icra edilmişbütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalqtəşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditorrəyinin hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
49
az.trend.az

10Mənbələr