AZ

Bu futbolçu polis tərəfindən saxlanıldı - Təcavüzdə ittiham edilir: FOTO

“Valensiya”nın futbolçusu Rafa Mir cinsi təcavüzdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Sportinfo.az bu barədə ESPN nəşrinə istinadən xəbər verir.

Məlumata görə, ispaniyalı futbolçu iki qadının polisə şikayəti əsasında bazar ertəsi saxlanılıb.

İddialara görə, onlar Mir və başqa bir kişi tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.

27 yaşlı Mir bu yay “Sevilya”dan icarə əsasında “Valensiya”ya keçib və bu mövsüm La Liqada dörd matçda iştirak edib.

Daha əvvəl Portuqaliya yığmasının və “Betis”in yarımmüdafiəçisi Uilliam Karvalyo, Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveş də təcavüzdə ittiham olunub.

bu-defe-o-tecavuzde-ittiham-edilir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
sportinfo.az

10Mənbələr