AZ

Britaniyalı siyasətçi Pərdə: Zelenski rejimi tezliklə dağılacaq

Ukraynalı nazirlərin kütləvi şəkildə istefası Vladimir Zelenski rejiminin tezliklə dağılacağından xəbər verir.

Bu fikri Britaniya İrs Partiyasının lideri Devid Kerten deyib.

O, X sosial şəbəkəsində qeyd edib ki, “Zelenski rejimi sürətlə süqutla üz-üzədir”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefası barədə danışıb.

Ukrayna Ali Radası ədliyyə naziri Denis Malyuskanın istefasını təsdiqləyib.

Zelenski deyib ki, Ukrayna hökumətində kadr dəyişikliyi ölkə üçün “son dərəcə vacib” payız ərəfəsində bəzi sahələri gücləndirmək üçün zəruridir.

Mənbə RT rusca

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
dogru.az

1Mənbələr