Xəbər verdiyimiz kimi Bakı Dəmiryol Vağzalından 18:10-da Sumqayıta yola düşən Bakı-Sumqayıt-Ekspress qatarı mənzil başına çatmamış 30 dəqiqədən artıqdır ki, yolda qalmışdı. SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verib ki, qatarın bələdçisi problemə səbəb kimi yolda olan nasazlığı göstərmişdi.
Qatarın maşinist isə bildirib ki, problemə əsas səbəb svetaforun qırmızı işiğının yanması olub.
Hazırda qatar fəaliyyətini bərpa edib və gecikmələr əsasında Sumqayıt Dəmiryol Vağzalına çatması gözlənilir.