AZ

"Millət vəkili seçilən xanım Fikrət Məmmədovun qızı deyil” - AÇIQLAMA

Sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb.

Məhkəmənin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızının Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızı olduğu iddia edilir.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
unikal.az

10Mənbələr