AZ

Bu istiqamətdə hərəkət edən sürətli sərnişin qatarı qadını vurub

Bakı. Trend:

Bu gün saat 18:05-də Bakı-Ağstafa istiqamətində hərəkət edənsürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən ortayaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhdedərək qəfil qatarın qarşısına çıxıb.

Trend bu barədə "AzərbaycanDəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə azolduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiyaəməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardımbriqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindəndünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir dahainsanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyənedilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskəatacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hərbir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyətyaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
az.trend.az

10Mənbələr