AZ

Həkim göz rənginin dəyişdirilməsi əməliyyatları barədə nə tövsiyə verir?

“Sağlam gözə toxunmaq, onun strukturunu parçalamaq, cinayətdir. Göz rəngini dəyişmək həmin gözün görmə qabiliyyətini azaltmaq, risk altına atmaq deməkdir”.

Bu fikirləri Hit.az-a oftalmoloq Kazım Kazımov səsləndirib:

“Ölkədə göz rənginin dəyişdirilməsi əməliyyatlarına girənlərin sayı artmaqdadır. Amma gözəllik naminə bunu etməyi tövsiyə etməzdim. İnsan yaşa dolduqca qara gözləri bulanıq hala gəlir. Bəzən maviləşir və ya boz  rəngə çevrilir. Bu yaşlandıqca gözdə piqmentlərin azalması ilə əlaqəlidir. Mən göz rənginin dəyişdirilməsi əməliyyatlarını əsla tövsiyə etmirəm. Bir neçə uğurlu nəticə gələcəkdə fəsadların olmayacağı anlamına gəlmir”.

Murad
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
hit.az

1Mənbələr