Huawei şirkəti 10 sentyabr tarixində 3 qat qatlana bilən smartfonunu təqdim edəcək. Artıq məlumdur ki, şirkətin bu qeyri-adi qatlana bilən smartfonu Huawei Mate XT adlanacaq. İndi isə şirkət Mate XT-in yeni tizer videosunu təqdim edib. Təqdim edilmiş tizer videoya əsasən Mate XT smartfonu tam açıq vəziyyətdə olduqca nazik gövdəyə sahib olacaq. Onun arxa paneli isə Mate 60 RS Ultimate Design smartfonunun arxa panelini xatırladacaq. Smartfonun arxa panelində 8 bucaqlı formada olan kamera sahəsi yerləşəcək. Bəzi məlumatlara əsasən Mate XT özündə dördlü arxa kameranı birləşdirəcək. Gözləntilərə əsasən tam açıq vəziyyətdə bu yeni qatlana bilən smartfon 10 düym ölçülü ekranı özündə birləşdirəcək. Bundan əlavə olaraq məlumdur ki, Mate XT şirkətin yeni Kirin prosessoru vasitəsilə çalışacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta