Azərbaycanın gənc cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olub.
Vətəninfo.az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.