AZ

Maksim Medvedevə AFFA tərəfindən xatirə hədiyyəsi verilib

Azərbaycan milisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedevə Millətlər Liqasında baş tutacaq İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.

“İki sahil” xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə xüsusi qiymətləndirilib, ona təşəkkür edilib.

Xatirə hədiyyəsini M.Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycan millisində 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını nöqtələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
ikisahil.az

8Mənbələr