AZ

"Valensiya" məhkəməyə düşən hücumçusunu komandadan kənarlaşdırdı

"Valensiya" hücumçusu Raf Miri bu gün və sabahkı məşqlərdən kənarlaşdırmaq qərarına gəlib. 

Fanat.Az-ın məlumatına görə, qərar oyunçunun cinsi təcavüz iddiası ilə həbs olunmasından sonra verilib. 

İnformasiyanı nüfuzlu "Marca" nəşri yayıb.

Klub məhkəmənin qərarını gözləyir. Futbolçu haqqında müvəqqəti olaraq xaricə səyahət, həmçinin iki şikayətçi ilə əlaqə saxlama qadağası daxildir.

Klubun oyunçunu rəsmi olaraq cəzalandırmaq üçün heç bir hüquqi əsası olmasa da, "Valensiya" vəziyyətin onun imicinə və komanda daxilindəki atmosferə necə təsir edə biləcəyini nəzərə alıb. Daxili tədbirlərə məşqlərdən müvəqqəti kənarlaşdırma və uyğun olmayan davranış üçün kiçik bir cərimə daxil ola bilər.

Mirağa

Seçilən
87
fanat.az

1Mənbələr