AZ

Rusiyanın "İran axını" qaz layihəsi azı üç Xəzəryanı ölkənin narazılığına səbəb olacaq

Image

Mətin Məmmədli: "Rusiya və İran qurduqları tələyə özləri düsüb"

Ukrayna qoşunlari Avropaya qaz daşıyan kəmərlərin qovşaği yerləşən Kurskı ələ keçirdikdən, Avropa bazarını “Qazprom”a bağladıqdan, Çin isə gözləmə mövqeyi tutduqdan sonra rəsmi Kreml cənuba doğru hərəkət etmək qərarına gəldi. 

Bu, Orta Asiya, eləcə də Yaxın Şərqdir. Moskvanın təbirincə, yeni sanksiyalar və geosiyasi reallıqları nəzərə aldıqda, coğrafi mövqeyi ilə İran iri regional qaz qovşağının təşkilində ən perspektivli tərəfdaş kimi görünür.

2024-cü il iyulun sonunda KİV İranın neft naziri Cavad Ouciyə istinadən xəbər verdi ki, Moskva və Tehran Rusiya Federasiyasından gündə 300 milyon kubmetr (ildə 109 milyard kubmetr) qaz tədarükü haqqında memorandum imzalayıb. Rusiya qaz nəqli infrastrukturunun tikintisinin bütün xərclərini öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Ruslar düşünür ki, ildə 109 milyard kubmetr qaz "Şimal axını" və "Şimal axını 2"nin birlikdə qaz ixracına bərabər həcmdir və bu, Avropa marşrutunun itkisini kompensasiya edəcək. Belə çıxır ki, bu, “Qazprom”un qələbəsidir?

Lakin burada bəzi vacib nüanslar var. Birincisi, Tehranın Rusiya qazını hansı qiymətə almağa hazır olduğu sual doğurur. Bu barədə rəsmi məlumat yoxdur və qeyri-rəsmi məlumatlar son dərəcə ziddiyyətlidir. İkinci sual bu dörd əsas xəttin haradan və necə keçəcəyi ilə bağlıdır.

“İran axını”nın qonşu Transqafqaz və Mərkəzi Asiya ölkələri ilə tranzit risqlərinin qarşısını almaq üçün Xəzər dənizinin dibi ilə şimaldan cənuba keçə biləcəyi ilə bağlı təkliflər var. Xəzər dənizinin bölünməsi haqqında Konvensiyaya uyğun olaraq, Rusiya və İran bütün digər Xəzər tərəfdaşlarının razılığını almalı olacaqlar. Üstəgəl, hələ İran bu Konvensiyanı ratifikasiya etməyib. Onların bu kəmərin tikintisinə razılıq verməyin müqabilində nə istəyəcəklərini təxmin etmək çətin deyil.

Böyük ehtimalla, “İran axını”nın ardınca Türkmənistan şərqdən qərbə - Avropaya uzanan Transxəzər qaz kəməri, eləcə də Qazaxıstandan neft kəməri layihələri peyda olacaq. Nəticədə, Aşqabad və Astana Pekin və Moskvadan kritik asılılığını azaldacaq, Türkiyə və Qərbə meyllərini artıracaq. Amerika, Britaniya və Fransa diplomatiyasının Mərkəzi Asiyada artan fəallığını nəzərə alsaq, bu, dərin narahatlıq doğurur.

Belə bir şəraitdə Rusiyandan İrana uzanacaq transxəzər qaz kəməri layihəsinin baş tutma ehtimalı nə qədər ola bilər?

Məsələ ilə bağlı bizimlə söhbətləşən politoloq Mətin Mirzəli bildirdi ki, bəli, bu ilin iyun ayında belə bir razılaşma əldə edilib: "İmzalanan memoranuma əsasən, böyük həcmdə qazın Rusiyadan İrana ixracatı nəzərdə tutulub. Ancaq bu memorondumdir, detallı müqavilə deyil. Bu razılaşmanin reallaşmasi yolunda kifayət qədər problemlər də var. Birincisi, kəmərin marşrutu dəqiqləşməlidir, ikincisi, İran daxilində də qazın şimaldan cənuba nəqli üçün infrastruktur qurulmalıdır. Buna külli miqdarda vəsait lazımdır. Həmin layihə rus qazının İranın daxili tələbatı üçün deyil, bu kəmərlə Avropa ölkələrinə qaz ixrac etmək perspektivini hədələyir. Bu layihə reallaşarsa həm Rusiya Avropaya qaz ixracında Ukraynadan yan keçən alternativ kəmərə sahiblənər, həm də İran bir qaz nəqli habı kimi öz dividendlərini götürə bilər. Rusiya-Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalardan dolayı rəsmi Moskva Avropa qaz bazarını itirməkdədir. Gələn ilin əvvəlindən bu istiqamətdə ixracat tamamilə dayana bilər. Ona görə də hazırda Rusiya qazı və neftini Çin və Hindistan kimi ölkələr ucuz qiymətə alır. Bu səbəbdən Rusiya Avropaya çixa bilən alternativ qaz kəməri marşrutu axtarışındadir. Hər iki tərəfdaş üçün ən səmərəli marşrut isə transxəzər marşrutudur. Bu marşrutun da öz spesifik problemləri var. 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyaya əlavə edilmiş protokola əsasən, belə layihələrin Xəzər dənizində reallaşdırılması qadağandır. Yeri gəlmişkən, həmin müddəa protokola Rusiya və İranın təşəbbüsü ilə, Orta Asiya ölkələrinin enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya çixışını əngəlləmək üçun salınıb. Atalar demişkən, quyunu gen qaz, dərin qaz, enində-sonunda özün düşəcəksən. Necə deyərlər, Rusiya və İran qurduğu tələyə özləri düsüb. Amma indi Rusiya və İran bu təsəbbüsdə bulunursa, Konvensiya ölkələrindən razılııq almalıdır".

Ekspert əlavə etdi ki, bu razıliq alınacaqsa, onda Qazaxıstan, Özbəkistan və Türkmənistan arzularına uyğun olaraq, Azərbaycan üzərindən Avropaya çixan transxəzər qaz kəmərini, Qazaxıstan həm də analoji neft kəmərini reallaşdirmaq istəyəcək: "Bu dövlətlər Rusiya və İran kimi öz istəklərini reallaşdırsa, onda yenə Avropada rus qazına maraq azalacaq. Avropaya sanksiyalı rus qazındansa, qazax, özbək və türkmən qazı daha cəlbedici olacaq. Çunki Rusiya üzərində Avropa ölkələrinin qoşulduğu sanksiyalar var".

Dəniz NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
baki-xeber.com

1Mənbələr