İspaniyanın paytaxtı Madriddə Madrid Şəhər Şurasının qərarı ilə elektrikli skuterlərin istifadəsinə qadağa qoyulub.
Redaktor.az xəbər verir ki, şuranın qərarını şəhərin meri Xose Luis Martinez Almeyda elan edib.
Madriddə skuterdən istifadəyə görə güzəştləri olan üç şirkətin müqavilələri ləğv edilib. Yeni qərara əsasən "Lime", "Dott" və "Tier Mobility" şirkətlərinə məxsus elektrik skuterləri artıq Madrid küçələrində istifadə oluna bilməz.
Bu gün imzalanan qərarla bu 3 şirkətin 6 minə yaxın skuteri oktyabr ayından etibarən Madrid küçələrindən yığışdırılacaq.
Qərarın təhlükəsizliyi təmin etmək məqsədi daşıdığı açıqlanıb. Həmçinin skuterlərin düzgün park edilməməsi, icazəsiz yerlərdə buraxılması, sığorta təminatının lazımi səviyyədə olmaması və vətəndaşların bu avtomobillərdən istifadəsinin öyrədilməməsi kimi bir sıra səbəblər də irəli sürülüb.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın paytaxtı Parisdə də eyni qadağa tətbiq edilib.
Seymur BƏNNAYEV