Bakı. Trend:
Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Fransada keçirilənParis-2024 Yay Paralimpiya Oyunlarında finalda mübarizə aparıb.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, B13 kateqoriyasında mübarizə aparan paralimpiyaçı100 metr məsafəyə brass üsulu ilə yarışıb.
Vəli İsrafilov 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşaraqbürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3qızıl, 1 gümüş, 3 bürünc qazanıb.