Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
QOL.az xəbər verir ki, o, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, bunadək parataekvandoçu İmadəddin Xəlilov və paraatlet Səid Nəcəfzadə qızıl medal, parataekvondoçu Sabir Zeynalov və paraüzgüçümüz Raman Saley isə bürünc medal qazanıb.