AZ

“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı bildirib ki, İŞİD terror qruplaşması məğlub olduğu üçün ölkədə güclü mövqeyə malik deyil.

Bu barədə “Report” EFE agentliyinə istinadən xəbər verir.

“Biz İŞİD-i (Əfqanıstan üçün-red) təhdid və təhlükə adlandıran bütün xəbərlərlə razılaşmırıq. İŞİD məğlub olub, onun yuvaları dağıdılıb və öz tərəfdarlarını toplaya bilmir”, - “Taliban” tərəfindən yaradılmış Əfqanıstan hökumətinin nümayəndəsi Həmdulla Fitrat bildirib.

Fitrət BMT-ni də tənqid edərək, onu İŞİD-in Əfqanıstanda olması və təşkilatın Əfqanıstandan başqa ölkələrə hücumlar həyata keçirə bilməsi barədə yalan məlumatlar yaymaqda ittiham edib.

Xatırladaq ki, bazar ertəsi Əfqanıstanın paytaxtında kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 6 nəfər həlak olub. EFE-nin məlumatına görə, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

BMT-nin baş katibi Antonio Quterreşin 2024-cü ilin yanvarında dərc etdiyi hesabata görə, Əfqanıstanda İŞİD təhlükəsi “yüksək olaraq qalır”.

Seçilən
88
7
report.az

7Mənbələr