AZ

Naməlum şəxslər rus əsirliyindən qaçan balinanı vurublar: Rusiya kəşfiyyatı üçün işləyib

Norveçdə Havaldimir adlı məşhur beluqa balinası güllələnmiş halda tapılıb. Onun bədənində bir neçə güllə yarası aşkar edilib.
 

Sfera.az bildirir ki, heyvan haqları müdafiəçiləri polisdən balinanın öldürülməsini araşdırmağı tələb edirlər. Qeyd edək ki, Hvaldimirin 15 yaşı olub.
 

Norveçin heyvanların müdafiəsi qrupları Risavika körfəzində cəsədi tapılan casus balinanın öldürülməsi ilə bağlı istintaq aparılmasını tələb edir.
 

"Bir çox baytar, bioloq və ballistika eksperti Hvaldimirin xəsarətlərini araşdıraraq balinanın ölümünün cinayət əməlinin nəticəsi olduğunu müəyyən ediblər"- deyə məlumatda bildirilir.
 

"Mən son beş il ərzində Hvaldimirlə olmuşam və onu çox yaxşı tanıyıram. Onun cəsədini görəndə dərhal onun atəş nəticəsində öldürüldüyünü bildim. Hətta onun bədəninə bir güllənin girdiyini də gördüm"- deyə, NOAH direktoru Siri öz çıxışında deyib.


Beluqanın öldürülməsində hansı silahdan istifadə edildiyini müəyyən etmək üçün cəsəd üzərində mütəxəssislər işləyir.
 

Qeyd etdiyimiz kimi, Hvaldimir 15 yaşında olub. Beluqaların təbiətdə 60-70 il yaşaya biləcəyini nəzərə alsaq, o, gənc sayılır.
 

Balina casusu Hvaldimir: məlum olanlar
 

Hvaldimir, Norveç balıqçıları tərəfindən 2019-cu ilin yazında Hammerfest yaxınlığında kəşf edilmiş beluqa balinasıdır. Balina insanlarla eyni suda üzməkdən qorxmayıb. Onların əlindən yeməklər alır, oynayır, özünü sığallamağa icazə verirdi ki, bu da onun vəhşi təbiətdə böyümədiyinin göstəricisi idi.
 

Populyar balinanın adı səsvermə zamanı Rusiya prezidentinin adının və Norveç dilində “balina” kimi tərcümə olunan hval sözünün birləşməsindən seçilib.
 

Norveçə çatan kimi balıqçılar onun üzərinə qoşqu taxıldığını görüblər, belində GoPro kamerası və Sankt-Peterburqun “Equipment Sankt-Peterburq” şirkətinin loqosu tapılıb. Bununla əlaqədar olaraq, balinanın "rus əsarətindən" qaçdığını və Rusiya tərəfindən casus kimi öyrədildiyini güman edirdilər.
 

Müstəqil jurnalistlər araşdırmalar aparıblar və bildiriblər ki, Hvaldimir demək olar ki, Rusiya hərbi qulluqçusu olub.
 

Norveçə gəldikdən sonra Hvaldimir ölkə sahillərində sərbəst şəkildə üzərək, çox məşhur olub. O, həvəslə insanlara yaxınlaşır və tez-tez sahil sularında görünürdü.

 

Aynil

Sfera.az
 

Seçilən
120
50
sfera.az

10Mənbələr