AZ

“Yaxşı nəticələr qazanacağımıza inanırıq”

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının I turu çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.
Portuqaliyalı mütəxəssis 1:3 hesablı məğlubiyyətinə baxmayaraq, komandamızın sona qədər mübarizə apardığını söyləyib: “Oyuna yaxşı hücumla başladıq. Təəssüf ki, matçın əvvəlindəki həmin epizodu qolla nəticələndirə bilmədik. Kifayət qədər güclü rəqiblə qarşılaşırdıq. Futbolçularımız yaxşı müdafiə olunurdular. Müdafiə olunduğumuz dəqiqələrdə belə, futbolçularımız hücum barədə düşünürdülər, topu ələ keçirən kimi hücuma keçirdilər. Birinci hissədə başqa qol epizodlarımız da oldu. Eyni zamanda penaltidən yararlana bilmədik. İkinci hissəyə də yaxşı başladıq, fərqlənmək üçün imkanlar yaratdıq. Təəssüf ki, ələ düşən şansları qolla nəticələndirə bilmədik. Məğlubiyyətə baxmayaraq, həvəsdən düşmürük. Yaxşı nəticələr qazanacağımıza inanırıq”.
Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 8-də, Koşitsedə Slovakiya yığmasına qarşı keçirəcək.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
affa.az

1Mənbələr