AZ

Keçmiş UFC çempionu Makqreqor İrlandiya prezidentliyi uğrunda mübarizə aparacağını açıqlayıb

Bakı. Trend:

Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu KonorMakqreqor gələn il İrlandiya prezidentliyi uğrunda mübarizəaparacağını açıqlayıb.

Trend xəbər verirki, bu barədə o, öz şəxsi X hesabında yazıb.

“İrlandiyanın bütün İrlandiya xalqının seçdiyi fəal prezidentəehtiyacı var. Və həmin şəxs, mənəm. Mən yeganə məntiqli seçiməm.2025-ci il artıq yaxınlaşır”, - idmançı X-də yazıb. 2023-cü ilindekabrında Makqreqor artıq öz namizədliyini irəli sürə biləcəyinielan etmişdi. Son aylarda döyüşçü immiqrantların ölkəyə nəzarətsizdaxil olmasına görə hakimiyyəti fəal şəkildə tənqid edir.

İrlandiyanın prezidenti 83 yaşlı Maykl Hiqqinsdir. O, iki dəfəprezident seçkilərində qalib gəlib: 2011 və 2018-ci illərdə.İrlandiya Konstitusiyasına görə, bir vətəndaş iki dəfədən artıqprezident ola bilməz. Respublika başçısı üçün növbəti seçkilər2025-ci ildə keçirilməlidir.

Seçilən
68
az.trend.az

1Mənbələr