Britaniyalı supermodel Naomi Kempbell Nyu-Yorkda keçirilən Harper's Bazaar kokteyl gecəsinə açıq-saçıq geyimdə gəlib.
Ucnoqta.az xəbər verir ki, gecədən fotoları Daily Mail nəşri yayıb.
54 yaşlı məşhur qara libasda çıxıb, yaxalıqlı transparan üst paltarı və şəffaf əlavəli atlaz yubkadan ibarət olub.
Ulduz sinəsini nümayiş etdirərək büstqalter taxmaqdan imtina edib.
Model görünüşünü qara sivri burunlu daban ayaqqabılarla tamamlayıb. Bundan əlavə, Naomi Kempbell dumanlı göz tərzində çoxsaylı kiçik qıvrımlar və makiyajla tərtib edilmişdir.