AZ

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub

Bakı, TurkicWorld

İstanbul Hava Limanı 26 avqust - 1 sentyabr tarixlərini əhatə edən dövrdə gündə orta hesabla 1 494 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 26 avqust - 1 sentyabr tarixləri üçün "Avropa Aviasiya Hesabatı" dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 494 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 447 reyslə Paris Şarl de Qoll hava limanı, 1 442 reyslə Amsterdam Şiphol hava limanı və 1 359 reyslə London Hitrou hava limanı izləyib.

Məlumat üçün qeyd edək ki, Antalya Hava Limanı gündə 1 028 uçuşla siyahıda 8-ci yerdə qərarlaşıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
35
turkic.world

10Mənbələr