AZ

“Overturizm” əndişəsi

Belçikanın Avropanın ən turistik şəhərlərindən biri olan Brügge, qısamüddətli yerləşdirməni təşkil edən “Airbnb” platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır.

UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge “overturizm”lə mübarizə üçün “Airbnb”yə bəzi qadağalar qoymağa hazırlaşır.

Milli mətbuatda yer alan xəbərlərə görə, şəhər bələdiyyəsi turistlərin çoxluğuna görə yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platforması “Airbnb”nin mövcud obyektlərinə yenilərinin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.

Belçikanın Qərbi Flandriya bölgəsinin paytaxtı Brügge şəhərinin turizm ofisindən alınan məlumata görə, 2023-cü ildə 120 min əhalisi olan şəhərə gündə orta hesabla 27 min 500 turist gəlib.

Seçilən
121
vaxt.az

1Mənbələr