AZ

Demokratiya və qanunun aliliyinə təminat

Avropa Birliyi (AB) süni intellektlə bağlı ilk hüquqi qüvvəyə malik beynəlxalq müqaviləni imzalayıb.

Birliyi təmsil edən AB Komissiyası bu gün Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası ədliyyə nazirlərinin qeyri-rəsmi konfransında Avropa Şurasının Süni intellekt üzrə Çərçivə Konvensiyasının imzalandığını açıqlayıb.

Açıqlamada, imzanın AB adından Komissiya tərəfindən edildiyi və müqavilənin süni intellektlə bağlı hüquqi cəhətdən məcburi ilk beynəlxalq sənəd olduğu qeyd edilib.

Müqavilənin AB-nin hərtərəfli süni intellekt qaydalarına tam uyğun olduğu, bu sistemlərin insan haqları, demokratiya və qanunun aliliyinə uyğunluğun təminatı üçün ümumi yanaşmanın təmin ediləcəyi bildirilib.

Bildirilib ki, saziş riskə əsaslanan yanaşma, süni intellekt sistemlərinin dəyər zənciri boyunca şəffaflıq və AB-nin süni intellekt qanununa da daxil olan yüksək riskli süni intellekt sistemləri üçün əlavə öhdəliklər kimi əsas anlayışları əhatə edir.

Avropa Şurası bu ilin mayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib.

Seçilən
105
vaxt.az

1Mənbələr