AZ

Sığortaçıya dərhal bu barədə xəbər verməlidir

Sığortalı və ya faydalanan şəxs sığorta obyektində və ya sığorta obyektinə münasibətdə baş verən hər hansı bir ciddi dəyişiklik (normadan artıq yükləmə, daşınma üsulunun və boşaldılma limanının dəyişdirilməsi, şərtləşdirilmiş və ya həmişəki yoldan kənara çıxma və s.) haqqında məlumatı olan kimi sığortaçıya dərhal bu barədə xəbər verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Sığortalı və ya faydalanan şəxs müəyyən edilmiş vəzifəni icra etmədikdə, sığortaçı ciddi dəyişikliklərin baş verdiyi andan dəniz sığorta müqaviləsinin icrasından azad edilir. Sığortalı və ya faydalanan şəxs göstərilən vəzifəsini icra etməməkdə təqsiri olmadığını sübuta yetirə bilməsə, bütün sığorta haqqı sığortaçıya qalır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
heftelik.az

1Mənbələr