AZ

“Arzular heç də həmişə reallaşmır...”

“Ermənistan idmanının keyfiyyəti aşağıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Olimpiadasında iştirak edən Ermənistan komandası ilə görüşündə bildirib.

“Əlbəttə, hamımız ümid edirdik ki, Olimpiadada qızıl medalımız olacaq, amma idman idmandır və arzular heç də həmişə reallaşmır. Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturunun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır”, - o deyib.

Xatırladaq ki, Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edib. Ermənistan komandası ümumi medal sıralamasında 66-cı yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
qafqazinfo.az

1Mənbələr