AZ

Böyük Britaniya həbsxanalardakı məhbusları Estoniyaya göndərə bilər

Böyük Britaniyanın hakimiyyət orqanları həddən artıq çox olan həbsxanaları boşaltmaq üçün məhkumları cəzalarını çəkmək məqsədilə Estoniyaya göndərmək imkanını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

O, hökumət mənbələrinə istinadən, Böyük Britaniya həbsxana sistemindəki çətin vəziyyəti nəzərə alaraq bu cür variantların nəzərdən keçirildiyini təsdiqləyir.

Britaniya Ədliyyə Nazirliyinin məlumatına görə, avqustda İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 yer qalıb.

Qəzetin yazdığına görə, Krallığın Ədliyyə Nazirliyinin rəhbəri Şabana Mahmud və onun estoniyalı həmkarı Liisa-Li Pakosta bu mövzunu sentyabrın 5-də Vilnüsdə Avropa Şurası çərçivəsində keçirilən tədbirdə müzakirə etməli idilər.

“Daily Telegraph” yazır ki, İngiltərə və Uelsdə bir məhbusun saxlanması büdcəyə təxminən 50 min funt-sterlinqə (66 min dollar), yeni həbsxanaların tikintisi isə hər məhbus üçün 600 min funt-sterlinqə başa gəlir.

Müqayisə üçün qeyd edək ki, Estoniyada hər bir məhbusun saxlanması £10,000 ilə 20,000 funt sterlinq arasında başa gəlir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
apa.az

4Mənbələr