AZ

Ağ Ev Putinin ABŞ seçkiləri ilə bağlı açıqlamalarına mənfi reaksiya verib

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı açıqlamaları Ağ Evin xoşuna gəlməyib. Sentyabrın 5-də Putin deyib ki, Rusiya noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi “dəstəkləyəcək”.

Fins.az xəbər verir ki, dövlət başçısı xatırladıb ki, əvvəllər Rusiyanın “favoriti” ABŞ prezidenti Co Bayden olub, lakin Putinin qeyd etdiyi kimi, o, prezidentlik yarışından “çıxarılıb”. Həmin gün alman sahibkar Kim Dotkom qarşıdan gələn seçkilərdə Harrisi dəstəkləmək barədə sözlərindən sonra Putini şahmat üzrə qrossmeyster adlandırıb.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
fins.az

1Mənbələr