Rus ordusu Ukraynanın daha iki şəhərini tutmaq istəyir - Foto
Rusiya ordusu Ukraynanın Uqledar bölgəsində hücumu xeyli gücləndirib və müəyyən taktiki uğurlar əldə edib. Ruslar Ukrayna müdafiə qüvvələrinə təzyiqi artırmaq və Pokrovski istiqamətində gələcək uğurlara şərait yaratmaq istəyirlər.
Reyting.az-ın məlumatına görə, Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin Donetskin qərbinə və cənub-qərbinə geniş çıxıntısını aradan qaldırmaq və H-15 magistralı (Donetsk-Zaporojye) boyunca irəliləmək istəyirlər.
Analitiklərin fikrincə, rusların cənub cinahdan Pokrovsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Uqledar ətrafında müdafiəsinin qərb cinahına koordinasiyalı hücumları, Donetskin qərbini müdafiə edən ukraynalılara təzyiqi artırmaq məqsədi daşıyır. Bununla onlar region və Pokrovsk istiqamətində gələcək uğurlara şərait yaratmağa çalışırlar.
Eyni zamanda, Uqledar yaxınlığında hücumların intensivləşməsi Donetsk vilayətinin qərbindəki digər yerlərdə də əməliyyatların sürətini azaltmayacaq.
Bildirilir ki, ruslar Uqledar yaxınlığında hücum əməliyyatlarını gücləndirirlər. Bu isə onu deməyə əsas verir ki, rus ordusu Pokrovski istiqamətinin cənub cinahında, birbaşa Donetskdən qərbdə, 0-0532 magistral yolu boyunca və Uqledar yaxınlığında qarşılıqlı gücləndirici hücum əməliyyatları keçirməyi planlaşdırır.
ISW-nin məlumatına görə, ruslar çətinliklə üzləşsələr də, N-15 şossesi boyunca tez bir zamanda taktiki üstünlüklər əldə etmək üçün Kuraxovo və Uqledarı tutmağı planlaşdırırlar.
Qeyd olunur ki, Rusiya Federasiyasının hərbi komandanlığı Pokrovskda hücum hərəkətlərinə üstünlük verməkdə davam edir və Donetsk vilayətinin qərbində hücumun intensivləşdirilməsini ikinci dərəcəli vəzifə kimi nəzərdən keçirəcək.
E. KAMAL