AZ

Məşhur prezidentin evi satışa çıxarıldı

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin evi satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

Nəşrin məlumatına görə, tarixi əhəmiyyətə malik bina 11,8 milyon dollar (20 milyon manat) dəyərində qiymətləndirilib.

Malikanə Londonda, İkinci Dünya Müharibəsi zamanı Amerika liderinin qərargahının yerləşdiyi Buşey Parkının yaxınlığında yerləşir. Eyzenhauerin 1942-1945-ci illərdə mətbuatdan gizli şəkildə orada yaşadığı bildirilir. 1987-ci ildə mülk yanğın nəticəsində məhv edildi. Sonradan onun yerində Teleqraf Evi adlanan beş ayrı evdən ibarət yaşayış kompleksi açıldı.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
teleqraf.com

1Mənbələr