Azərbaycanda sığorta şirkəti öz əməkdaşlarının yarısını ixtisar edib.
FED.az xəbər verir ki, «Bakı Sığorta» şirkətinin əməkdaşları 2 ildir ki, azalmaqdadır, son dövrlər bu proses daha da sürətlənib. Nəticədə son bir ildə şirkətin işçilərinin sayı 2 dəfə aşağı düşüb.
Belə ki, 1 il əvvəl - 2023-cü ilin iyununda «Bakı Sığorta»da 101 nəfər çalışdığı halda, hazırda bu rəqəm 51 nəfərə enib.
FED.az-ın əldə etdiyi məlumata görə, 2 ildir ki, «Bakı Sığorta» şirkətinin işçilərinin sayı hər rüb azalıb. Belə ki, 2022-ci ilin ortalarında (yəni 2-ci rübün sonuna) şirkətdə 122 nəfər çalışdığı halda, 3-cü rübdə bu rəqəm 119 nəfərə, ilin sonunda isə 110 nəfərə düşüb.
2023-cü ildə azalma davam edib – 1-ci rübün sonunda işçilərin sayı 105, 2-ci rübdə 101, 3-cü rübdə 88 nəfərə, ilin sonunda isə 83 nəfərə enib.
2024-cü ildə də «Bakı Sığorta»nın əməkdaşlarının azalması prosesi dayanmayıb – şirkətin işçiləri 1-ci rübü sonunda 69 nəfərə, 2-ci rübü sonunda 51 nəfərə enib.