10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.
Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında keçiriləcək.
"Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 93,32%-i “Bank Respublika” ASC-yə, 6,68%-i "Ekolizinq” MMC -yə məxsusdur.