ABŞ prezidentliyinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə, hökumətin səmərəlilik komissiyasına rəhbərliyini “X”in sahibi, milyarder İlon Maska tapşıracağını söyləyib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, o, bunu dövlətə dair iqtisadi baxışını açıqladığı geniş nitqi zamanı bildirib.
Nyu-York İqtisadi Klubunda çıxış edən keçmiş prezident, yerli istehsal edən şirkətlər üçün korporativ vergi dərəcələrini azaltmağa, tikinti şirkətlərinin yeni evlər tikməyə təşviq ediləcəyi federal torpaqlarda "aşağı vergi" zonaları yaratmağa və suveren sərvətə başlamağa söz verib.
Eyni zamanda o, Maskın hökümətdə vəzifə tutmaq istədiyini də təsdiqləyib.
Tramp həmin komissiyanın hansı istiqamətlərdə fəaliyyət göstərəcəyinin təfərrüatlarını açıqlamayıb. Lakin,komissiyanın yaradıldıqdan sonrakı altı ay ərzində “fırıldaqçılıq və düzgün olmayan ödənişlər”i aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.
Xatırladaq ki, Mask avqustun 19-da podkastda keçmiş prezidentlə komissiya haqqında söhbətlər apardığını və bu komissiyada işləmək istədiyini bildirmişdi.
Bizim.Media