AZ

İsveçdə “Ağdam kabusu”

İsveçin UR telekanalı ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan “Tərk edilmiş binalar” adlı sənədli filmlər seriyasını yayımlayır.

Film bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, son­radan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdam haqqındadır. Filmin 8-ci mövsümünün “Dron müharibəsi” adlı 2-ci bölümü ermə­nilər tərəfindən dağıdılmış və yeganə tiki­lisi qalmış, kabusu xatırladan şəhərə həsr olunub.

Serialın bu bölümündə kimya mühən­disi Ceyqa Vays, müəllif və tarixçi Domi­nik Selvud, jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən salamat çıxan və erməni əsgərlərinin ar­tilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məsci­din hekayəsi yer alıb. Evlərini tərk etmək məcburiyyətində qalan, bir çoxu həlak olan ağdamlıların qanlı taleyi yada salınır.

Filmdə 44 günlük müharibə nəticə­sində işğaldan azad edilmiş Ağdama ilk gələnlərdən biri olan və maşınına mərmi atılandan sonra möcüzə nəticəsində sağ qa­lan hərbi müxbir Emin İbrahimov 1992-ci ildə atəşə tutulan və yalnız 3 divarı qalan Çörək muzeyindən bəhs edir.

Serialın sonunda 2021-ci ilin mayın­da baş planı təsdiqlənən, 100 min sakinin yaşayacağı və Azərbaycan futbol liqasında çıxış edən “Qarabağ” komandasının oyna­yacağı şəhərin dirçəldilməsi barədə danışı­lır.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
xalqqazeti.az

1Mənbələr