21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Samir Əliyevin komandası Lüksemburqun qonağı olacaq.
Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda keçiriləcək oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Samir Əliyevin komandası 3 xalla F qrupunda sonuncudur.
Avropa Çempionatı
6 sentyabr
Lüksemburq U-21 - Azərbaycan U-21
Baş hakim: Dezir Qrunbaher
Baş hakimin köməkçiləri: Matthias Sbrissa, Guillaume Maire
Dördüncü hakim: Anojen Kanagasingam
Emile Mayrisch. Saat 21:30