AZ

Rusiyada 130 min taksi sürücüsünə ehtiyac var

Yazını böyüt
Yazını kiçilt

İlin sonuna qədər Rusiyada 130 min taksi sürücüsü çatışmazlığının olacağı və bunun qiymətlərin ciddi artımına səbəb ola biləcəyi təxmin edilir.

Hafta.az-ın yazdığına görə, RBC qəzetinə danışan “Yandex Taksi”nin rəsmisi Anton Petrakov Vadivostokda davam edən Şərq İqtisadi Forumunda verdiyi açıqlamada problem səbəbindən taksi qiymətlərinin ilin sonunda və pik saatlarda əhəmiyyətli dərəcədə arta biləcəyini bildirib.

Petrakovun sözlərinə görə, immiqrasiya siyasətinin sərtləşdirilməsi və taksi sənayesində qaydaların artması sürücülərin başqa sektorlara keçməsinə səbəb olur.

Petrakov bildirib ki, indiki vəziyyətdə sürücülər qazanclarını artırmalı və digər sektorlarla rəqabət aparmaq üçün innovativ həllər tapmalıdırlar.

Xəbərə görə, “Yandex Taxi” problemi həll etmək üçün səlahiyyətli qurumlarla birlikdə bəzi hüquqi tənzimləmələrin rəqəmsallaşdırılması üzərində işləyir. Şirkət sürücülər üçün məşğulluq maneələrini azaltmaq, bəzi bürokratik prosesləri sürətləndirmək niyyətindədir.

Xəbərdə taksi sənayesində çalışan mühacirlərin qanuni iş şəraitinin yaxşılaşdırılmasının vacibliyi də vurğulanır.

Rusiyanın bir çox federal dairələri immiqrantların taksi sənayesində işləməsini qadağan edib. Sentyabrın 1-dən qüvvəyə minən yeni qayda ilə taksilərin əlavə sığortası məcburi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
hafta.az

1Mənbələr