AZ

Ermənistanda rus dili qovğası: Tədris sistemindən çıxarılır

Ermənistanın təhsil sistemində rus dili məcburi keçirilirdi. Bu ildən başlayaraq isə erməni məktəblərində dəyişikliklər edilir. Rus dilinin tədrisi sistemli şəkildə azaldılır.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya"ya yazıb.

Saytda dərc olunan materialda bildirilir ki, Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məktəblərə göndərdiyi sirkulyara görə, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılır.

Məktəb direktorları bu vəziyyətə birmənalı münasibət göstərməyiblər və saatları xarici dillər arasında “köhnə üslubda” bölüşdürüblər. Qeyd edək ki, onların dilin tədrisi üçün ayrılmış saatları müstəqil şəkildə bölüşdürmək və hansına üstünlük verəcəyinə qərar vermək hüququ var.

Məlumatda bildirilir ki, bir sıra rusiyalı mütəxəssislər sirkulyardakı “redaktələrdən” narahatdırlar. Hesab edirlər ki, bu il olmasa, növbəti illərdə rus dilinə ayrılan saatlar azaldılacaq və məktəb proqramından tamamilə çıxarılacaq.

Təhsil eksperti Serob Xaçatryan isə qeyd edib ki, o, dillə bağlı heç bir problem görmür. "Sputnik Ermənistan"la söhbətində o vurğulayıb ki, kurrikulumda fənnin adının dəyişdirilməsi məktəblərdə tədris proqramından “Rus dili” fənninin çıxarılması demək deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
publika.az

4Mənbələr