AZ

Ermənistan Parlamenti 44 günlük müharibənin səbəbləri barədə hesabat açıqlayacaq

Ermənistan Parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu sözü gedən komissiyanın sədri, deputat Andranik Koçaryan deyib.

O bildirib ki, sözü gedən sənəd parlamentin oktyabrda keçiriləcək qapalı iclasında müzakirəyə çıxarılacaq.

A.Koçaryan sənədin ictimaiyyətə açıqlanması məsələsinə də toxunub. O bildirib ki, ölkə əhalisi rəyin yalnız məxfi sayılmayan hissəsi ilə tanış ola biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
572
50
apa.az

10Mənbələr